Sənan Süleymanov: “Zədəm sağalası deyil, ömürlük zədədir”

Azərbaycan güləşçisi Sənan Süleymanov Rumıniyada keçirilən Avropa çempionatında uğursuz çıxış etməsinə münasibət bildirib.

Arena.az xəbər verir ki, Buxarest şəhərindəki Avropa çempionatı ərəfəsində zədələndiyi üçün yarışda çıxışı uğurlu alınmayıb.

Bu barədə idmançı Azərbaycan Güləş Federasiyasının saytına danışıb:

“Yarışa 5 gün qalmış belimin yuxarı hissəsindəki T9 və T10 diskindəki 4 mm yırtıqda kəskin ağrı oldu. Heç məşq də edə bilmədim. Hər gün ağrılar olur. L4, L5 və S1 disklərdə sürüşmə və yırtıq var. Ancaq bunların heç birini məğlubiyyətimə bəhanə göstərmək istəmirəm. Hələ ki, Buxarestdəyəm deyə, müalicə prosesinin nə qədər çəkəcəyini deyə bilmirəm. Sol çiynim və sol dizimdə də ağrılar var. Belimdəki zədə onsuz da sağalası vəziyyətdə deyil. Bu, ömürlük zədədir. Sadəcə, ağrıları müalicə yoluyla azaltmaq mümkün olur. Artıq bu zədələrlə yaşamağa alışmışam”.

Xatırladaq ki, 77 kq-da yarışan Sənan Süleymanov qitə birinciliyində keçirdiyi ilk görüşdə İdris İbayevə (Almaniya) 8:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda (Xorvatiya) məğlub olmuşdu – 1:3.