Sərbəst güləş yığmamızdan Türküstanda 8 medal

Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığması Qazaxıstanın Türküstan vilayətində Türk Dövlətlərinin Universiadasına qatılıb.

Arena.az xəbər verir ki, bu gün Universiadada sərbəst güləş üzrə yarış keçirilib.

Gənclərdən ibarət millinin böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Universiadaya qatılan komandanın 8 üzvü fəxri kürsüyə qalxıb.

Camal Abbasovla (61 kq) Sabir Cəfərov (70 kq) çempion olublar. Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov gümüş medal qazanıblar. Vasif Bağırovla (57 kq) Sahib Dadaşov (79 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, sərbəst güləş yığmamız yarışda 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.