Sərtan Taşkın “Bodrumspor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 28-cı turu çərçivəsində baş tutan “Bodrumspor”la oyunun iştirakçısı olub.

“Manisa” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Taşkın bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 9 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.

28 turdan sonra “Manisa” 31 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.