Sərtan Taşkın “Girəsunspor”a qarşı 88 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 22-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la oyunun iştirakçısı olub.

“Manisa” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Taşkın bu oyuna start heyətdə başlayıb. Millimizin üzvü 88-ci dəqiqədə, hesab 2:0 olarkən əvəzlənib.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 4 matça çıxıb.

22 turdan sonra “Manisa” 26 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: