Səudiyyə Ərəbistanı DÇ-2034-ə ev sahibliyinə hazırlaşır

Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün hazırlıq tədbirinə başlayıb.

Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2023-cü ilin oktyabrında ərizə verib və mötəbər yarışın təşkilatçısı olmaq arzusunu bildirmiş yeganə ölkə olub.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) öz ərizəsini “Böyüyürük. Birlikdə” şüarı ilə təqdim edib.

2034-cü ilin noyabr-dekabr aylarında keçirilməsi gözlənilən, 48 komandanın iştirak edəcəyi yarışın təşkil ediləcəyi şəhər və stadionlar barədə hələlik dəqiq məlumat yoxdur.

FIFA-nın 2024-cü ilin sonuna qədər idarəedici orqanın 211 üzv federasiyanın rəqabətsiz səsverməsində Səudiyyə Ərəbistanını ev sahibi ölkə kimi təsdiq edəcəyi gözlənilir. Səsvermənin tarixi və məkanı isə hələ açıqlanmayıb.