“Asharq News” şəbəkəsi Səudiyyə Ərəbistanı futbolunda ən çox qazanc əldə edən futbolçuların adlarını açıqlayıb.
Arena.az məlumat verir ki, “Asharq News” öz hesabatında “Bloomberg” və “Forbes” nəşrlərinin araşdırmalarına əsaslanıb.
Beləliklə, “Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo ildə 263 milyon avro məbləğində maaşla Səudiyyə Ərəbistanında ən çox qazanc əldə edən futbolçudur.
Siyahının ikinci pilləsində “Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar qərarlaşıb. “Ney”in illik maaşı 102 milyon avro məbləğindədir.
“Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema ildə 96 milyon avro məbəğində qazancı ilə ilk üçlüyü tamamlayır.
Siyahının dördüncüsü, ildə 48 milyon avro məbləğində maaşla “Əl-Nəsr”ın seneqallı cinah hücumçusu Sadio Manedir.
Ötən yay Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmiş oyunçular arasında isə ən çox qazanan “Əl-Əhli”nin ingilis hücumçusu Ayvan Tounidir. Touni ərəb sərvətindən ildə 23 milyon avro məbləğində qazanc götürür.


