Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “İmişli” və “Şəfa” komandaları yoxlama oyunu keçiriblər.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
İki qolun qeydə alındığı matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əyalət təmsilçisinin heyətində Azər Salahlı fərqlənib. Paytaxt komandasının qolunu isə Elnur Cəfərov vurub.
Xatırladaq ki, “İmişli” daha öncə “Araz-Naxçıvan”la da yoxlama oyunu keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi. Bakı klubu isə bu fasilə dönəmində cəmi bir yoxlama oyunu ilə kifayətlənib.
“İmişli” Azərbaycan Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Sözügedən komanda hazırda 4 xalla 12 iştirakçı arasındna 8-ci pillədə qərarlaşıb. “Şəfa” isə fasilədən sonra oktyabrın 11-də “Turan Tovuz”u qəbul edəcək. Bakı klubu mövsümün geridə qalmış hissəsində 6 oyuna topladığı 3 xalla 10-cudur.


