Futbol üzrə Almaniya Kubokunun 1/4 final mərhələsinin “Saarbrüken” – “Borussiya” (Mönxenlqadbax) matçı təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Matçın təxirə salınmasına əlverişsiz hava şəraitinin səbəb olduğu vurğulanıb. Belə ki, Saarbrükendəki “Ludqiqspark” stadionunda keçirilməli oyundan öncə şəhərə güclü yağış yağmağa başlayıb. Nəticədə meydança su altında qalıb və matçın keçirilməsi mümkünsüz olub. Bu üzdən də oyunun qeyri-müəyyən müddətə təxirə salınmasına qərar verilib. Oyunun keçiriləcəyi vaxtla bağlı daha sonra qərar veriləcəyi diqqətə çatdırılıb.
“Saarbrüken” – “Borussiya” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlamalı idi.
Xatırladaq ki, daha öncə “Fortuna” (Düsseldorf), “Kayzerslautern” və “Bayer” komandaları yarımfinala vəsiqəni təmin etmişdilər.



