“Sabah” Abdulla Rzayev və Kamran Quliyevi icarəyə verdi

“Sabah” iki futbolçusunu icarəyə verib. Arena.az xəbər verir ki, Abdulla Rzayev və Kamran Quliyev qarşıdakı mövsümü “Şamaxı”da keçirəcəklər.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bilirilir ki, bu iki oyunçunun icarəsi ilə bağlı klublar arasında razılıq əldə olunub. Hər iki futbolçunun icarə müqaviləsinin müddəti 1 ildir.

“Sabah” daha öncə Samir Məhərrəmlini “Kəpəz”ə, Veysəl Rzayevlə Şakir Seyidovu da “Turan Tovuz”a icarəyə vermişdi. Nicat Mehbalıyev isə “Qəbələ”dən icarədən qayıdıb. Paytaxt klubu Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara, Mixail Erqemlidze və Lukas Rangellə də yollarını ayırıb.

Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov, Con İrasabal, Abdulaye Ba və Emmanuel Apehi transfer edən “Sabah”, Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə də yeni müqavilə bağlayıb.