“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu ukraynalı vinger Aleksey Kaşuku heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə “Sabah” arasındakı müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan Kaşuk, karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.
Aleksey Kaşuk, həmçinin Ukraynanın U-21 millisinin də üzvüdür.


