Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının (ABL) 2022/2023 mövsümünün ilk finalçısının adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, “AAAF Xırdalan” və “Sabah” komandaları arasındakı pley-off mərhələsinin yarımfinal seriyasının ikinci oyunu gərgin keçib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan oyunun yekununda “Sabah” basketbolçuları 83:77 hesablı qələbəyə seviniblər.
Qalib komandanın ən məhsuldar basketbolçusu Entoni Patti olub – 25 xal, 7 ribaund. “AAAF Xırdalan”da isə Deymon Makdouel fərqlənib – 34 xal, 4 ribaund.
Bu qələbə ilə “Sabah” yarımfinal seriyasını 2:0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib. Xatırladaq ki, bu komanda seriyanın ilk görüşündə də 86:71 hesablı qələbə qazanmışdı.
Azərbaycan Basketbol Liqasında yarımfinal seriyasının digər görüşü “Gəncə” ilə NTD arasında keçiriləcək. Bu komandaların ilk oyununda da gəncəlilər qalib gəliblər – 101:73.