“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu braziliyalı futbolçu Kristian da Silva Fili transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb.
Kristian karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR (Kluj), Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya “Koimbra”sı olub.
Kristian da Silva Fil yeni komandasında 15 nömrəli formada çıxış edəcək. O, “Sabah”ın bu qış fasiləsi dönəmində ikinci transferidir. Sözügedən klub daha öncə qapıçı Aleksandr Neçayevi (“Rux”, Belarus) heyətinə qatmışdı.