“Sabah” Gürcüstanda ikinci məğlubiyyətini aldı

Yeni mövsümə hazırlığını Gürcüstanda davam etdirən “Sabah” bu gün Tiflis toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” komandası ilə qarşılaşıb.

Gürcüstan təmsilçisi ilə görüş Azərbaycan klubunun məğlubiyyəti ilə başa çatıb. Bakılıların yeganə qolunu Abdulla Xaybullayev vurub.

“Sabah” bundan əvvəl Gürcüstan toplanışında “Şukura”nı 1:0 hesabıyla məğlub etmiş, “Samqurali”yə isə eyni hesabla uduzmuşdu – 0:1.

Yoxlama oyunu
26 iyul

Sabah – Telavi 1:3