“Sabah” ilə “Zirə”dən heç-heçə

Yeni mövsümə hazırlığı davam etdirən “Sabah” və “Zirə” komandaları bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Masazırdakı “Bank Respublika Arena”da üz-üzə gəliblər.

Tərəflərdən heç biri 90 dəqiqə ərzində fərqlənə bilməyib. Nəticədə Premyer Liqa təmsilçiləri meydanı heç-heçə ilə tərk ediblər.

Yoxlama oyunu
9 iyul

Sabah – Zirə 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: