“Sabah” – “Kəpəz” 3:2 – Video

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sabah” – “Kəpəz” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Masazırda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
23-cü tur
17 fevral

“Sabah” – “Kəpəz” 3:2
Qollar: Kahim Parris, 37. Jesse Sekidika, 55. Kristian da Silva, 79 – Martins Junior, 6. Amil Yunanov, 83.
Sarı vərəqələr: Amin Seydiyev, 21 (qeyri-idman hərəkəti). Elvin Camalov, 51 (qeyri-idman hərəkəti). Sofian Çakla, 58 (qeyri-idman hərəkəti) – Yeqor Xvalko, 23 (qeyri-idman hərəkəti). Şakir Seyidov, 30 (qeyri-idman hərəkəti). Olavale Onanuqa, 43 (hakimin qərarına etiraz). Mate Kvirkviya, 45 (qeyri-idman hərəkəti). Əli Səmədov, 90 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə – 3 dəqiqə, ikinci hissədə – 3 dəqiqə.
Saat 16:00. “Masazır Arena”, 850 tamaşaçı.

Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Nicat İsmayıllı.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev (17. Tellur Mütəllimov, 90+2), 15. Kristian da Silva, 14. İshak Belfodil (19. Emmanuel Apeh, 75), 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 28. Kahim Parris (18. Davit Volkov, 75).
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namiq Ələsgərov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev (4. Vüsal Məsimov, 56), 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 91. Latir Fall (99. Əli Səmədov, 75), 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa (8. Elmir Tağıyev, 75), 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.