“Sabah” Kipr klubuna məğlub oldu

Yeni mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, paytaxt klubu Kiprin yüksək liqa təmsilçisi “Akritas Xlorakas”la qarşılaşıb.

Beş qolun qeydə alındığı qarşılaşma Murad Musayevin çalışdırdığı kollektivin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan təmsilçisindən qolları Davit Volkov və Anatoli Nuriyev vurublar.

“Sabah” Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununda İsrailin “Hapoel” (Hadera) klubuna da məğlub olmuşdu – 0:1. Bakıdakı yoxlama oyunlarında isə “Sumqayıt”a 1:2 hesabı ilə uduzan komanda, “Səbailə”ə 3:1 hesabı ilə qalib gəlmişdi.

Sonda onu da qeyd edək ki, Murad Musayev Kipr təmsilçisi ilə oyunda aşağıdakı start heyətinə şans verib: 94. Nicat Mehbalıyev, 2. Amin Seydiyev, 3. Zurab Oçiqava, 4. Elvin Camalov (k), 7. Boyan Letiç, 10. Aleksey İsayev, 11. Kristian Sebalyos, 13. Abdulaye Ba, 18. Davit Volkov, 20. Coy-Lens Mikels, 77. Namiq Ələsgərov.