Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah” – “Makkabi” oyunundan öncəki mətbuat konfransları və məşqlərin vaxtı məlum olub.
Arena.az xəbər verir ki, bu barədə “bayquşlar”ın mətbuat xidməti məlumat yayıb.
“Sabah”ın oyun öncəsi mətbuat konfransı iyulun 31-də baş tutacaq. Baş məşqçi Krunoslav Renduliç saat 17:30-dan etibarən jurnalistlərin suallarını cavablandıracaq. Komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da başlayacaq.
Rəqib komandanın oyun öncəsi mətbuat konfransı iyulun 31-də saat 20:00-da baş tutacaq. Qonaqların ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:30-da başlayacaq.
Hər iki mətbuat konfransı və məşqlər “Masazır Arena”da baş tutacaq.
Xatırladaq ki, “Sabah”ın Makkabi “Hayfa”sı (İsrail) ilə cavab görüşü avqustun 1-də “Masazır Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. Azərbaycan təmsilçisi məlum səbəblərdən Macarıstanda keçirilmiş ilk oyunda bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.