“Sabah” “Makkabi”yə səfərdə böyük hesabla qalib gəldi

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün İsrailin “Makkabi” (Hayfa) komandası ilə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələn Azərbaycan və İsrail təmsilçilərinin ilk görüşü məlum səbəblərdən Macarıstanda baş tutub.

Krunoslav Renduliçin yetirmələri səfər oyunundan sərfəli nəticə ilə dönməyi hədəfləmişdi. Kişvarda şəhərindəki eyniadlı stadionda baş tutan görüşün ilk hissəsi qolsuz bitib. İkinci hissədə isə Azərbaycan təmsilçisi fırtına kimi əsib. Rəqib qapısından 3 cavabsız qol keçirən “Sabah” demək olar ki, növbəti mərhələyə vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirib.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 1-də Azərbaycanda keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
25 iyul

“Makkabi” (Hayfa) – “Sabah” 0:3
Qollar: Pavol Şafranko, 62. Jesse Sekidika, 78. Xəyal Əliyev, 88.
Hakimlər: Natan Verbumen, Matias Hillart, Ruben Vins, Uesli De Kremer (hamısı Belçika).
Kişvarda. “Kişvarda” stadionu.

Makkabi: 40. Şarif Keuof, 2. Daniel Sundqren, 44. Lorenso Simiç, 34. Aleksandr Sirota, 27. Pyer Kornud, 26. Mahmud Caber, 4. Əli Məhəmməd, 11. Lior Refaelov (k), 8. Dolev Haziza, 9. Frantzdi Pyerrot, 21. Din David.
Ehtiyat oyunçular: 13. Tomas Sultani, 6. Qadi Kinda, 16. Kennet Sayef, 17. Suf Podqoreanu, 18. Qoni Naor, 26. İlai Haqaq, 30. Abdulaye Sek, 36. Hamza Şibli, 38. David Dahan, 42. Roey Elimeleç, 55. Rami Gerson, 91. Dia Sabia.
Baş məşqçi: Barak Baxar.

Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrasabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 28. Kahim Parris, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Neqoş Kupuşoviç.
Baş məşqçi: Krunoslav Renduliç.