“Sabah” millimiz üzərində qələbəyə sevindi

Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-19 millisilə qarşılaşıb.

Mərdəkandakı “Dalğa Arena”da keçirilən matç “göy-ağlar”in 3:0 hesablı qələbəsilə nəticələnib. Görüşdə qollarımıza Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə imza atıblar.

“Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Zirə” ilə qarşılaşacaq. Oyun fevralın 14-də, saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.