“Sabah” “Mornar”a məğlub oldu

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu ilk oyununda Monteneqro təmsilçisi “Mornar”ın qonağı olub.

Bar şəhərində keçirilən qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilib. Gərgin keçən matçın yekununda Azərbaycan təmsilçisi meydanı məğlub tərk edib.

Xatırladaq ki, bu qrupda “Baxçaşəhər Koleji” (Türkiyə) və “Nimbruk” (Çexiya) kollektivləri də mübarizə aparırlar. Azərbaycan çempionu növbəti görüşünü oktyabrın 25-də Bakıda, “Sərhədçi” İdman Kompleksində “Baxçaşəhər Koleji”nə qarşı keçirəcək. Oyuna saat 19:00-da start veriləcək.

FIBA Avropa Kuboku
D qrupu, 1-ci tur
18 oktyabr

“Mornar” – “Sabah” 80:75
Bar. Topolika İdman Zalı.