“Sabah” klubu kapitanı Ruslan Abışov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, təcrübəli müdafiəçinin klubla müqaviləsinin müddəti bitib. Nəticədə tərəflər yollarını ayırmağa qərar veriblər.
Ruslan 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandasının kapitanlıq sarğısını daşıyıb.
“Sabah” FK Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Paytaxt klubunda daha öncə Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə, Dmitro Klots və Elşən Abdullayevlə də yollar ayrılmışdı. Saşa Stamenkoviç, Zurab Oçiqava, Xulio Rodriqes və Bəxtiyar Həsənalızadə ilə müqavilə müddətini artıran “Sabah”, “Zirə”dən də Elvin Camalovu transfer edib.