“Sabah” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Sent-Patriks Atletik”lə qarşılaşıb.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk görüş İrlandiyada baş tutub.
Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda səfərdən sərfəli nəticə ilə dönməyi hədəfləsə də, bu istəyinə çata bilməyib. Qarşılaşmada hesabı ilk yarıda meydan sahibləri açıblar. İkinci hissənin əvvəlində İvan Lepinitsa ikinci sarı vərəqədən sonra “qırmızı” ilə meydandan qovulub. Bu, onsuz da məğlub durumda olan Azərbaycan klubunun işinini daha da çətinləşdirib. Amma görüşdə başqa qol qeydə alınmayıb və “bayquşlar” səfərdən minimal hesablı məğlubiyyətlə qayıdıblar.
Komandalar arasındakı cavab görüşü avqustun 15-də “Masazır Arena”da baş tutacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
8 avqust
“Sent-Patriks Atletik” – “Sabah” 1:0
Qol: Romal Palmer, 35.
Qırmızı vərəqə: İvan Lepinitsa, 53 (ikinci sarı).
Hakimlər: Vilyalmur Torarinsson, Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson, Helgi Mikel Yonasson (hamısı İslandiya).
VAR hakimləri: Darren Enqland, Neil Devis (hər ikisi İngiltərə).
Dublin. “Tallayt” stadionu.
Sent-Patriks Atletik: 94. Jozef Ananq, 21. Aksel Syöberq, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 3. Antoni Breslin, 6. Ceymi Lennon (16. Aaron Bolger, 88), 8. Kris Forrester, 17. Romal Palmer (11. Ceyson Maklilland, 88), 20. Ceyk Malreni (10. Kian Livi, 71), 18. Aydan Kina (9. Meyson Melia, 46), 26. Zaxari Elbuzedi (14. Brendon Kavanax, 79).
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklaflin, 24. Lyuk Törner, 30. Əl-Amin Kazem, 31. Maykl Nunan.
Baş məşqçi: Stefen Kenni.
Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 70. Jesse Sekidika (88. Xəyal Əliyev, 82), 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels (10. Namiq Ələsgərov, 72), 11. Kahim Parris (5. Rəhman Daşdəmirov, 72), 18. Pavol Şafranko (99. Neqoş Kupusoviç, 82).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 6. Abdulla Xaybullayev, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov.
Baş məşqçi: Krunoslav Renduliç.