“Sabah” “Şukura”ya qalib gəldi

Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Sabah” bu gün Tiflis toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı kollektiv yerli “Şukura” ilə üz-üzə gəlib.

Kobuleti təmsilçisi ilə görüş “Zestafoni” təlim-məşq bazasında baş tutub. Azərbaycan klubu bu oyundan minimal hesabla qalib ayrılıb. Bakı təmsilçisinin yeganə qoluna Xulio Rodriqes imza atıb.

Qeyd edək ki, “Sabah” iyulun 23-də “Samqurali”, ayın 28-də isə “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu
20 iyul

Sabah – Şukura 1:0
Qol: Xulio Rodriqes, 67.

“Sabah” bu oyuna aşağıdakı heyətlə çıxıb: Səlahət Ağayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Şakir Seyidov, Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Coy-Lens Mikels, Ozan Can Kökcü, Xulio Rodriqes.