“Sabah” “Sumqayıt” üzərində qələbəyə sevindi

“Sabah” və “Sumqayıt” klubları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən yararlanmağa çalışan kollektivlər Masazırdakı “Bank Respublika Arena”da qarşılaşıblar.

Beş qolun qeydə alındığı matç “Sabah”ın qələbəsiylə yekunlaşıb. Paytaxt təmsilçisi 3:2 hesabıyla üstün olub. “Sabah”ın heyətində Filip İvanoviç, Slavik Alxasov və Tiemoko Fofana hərəyə bir dəfə fərqlənibsə, “Sumqayıt”ın iranlı legioneri Mehdi Şərifi dubla imza atıb.

Qeyd edək ki, “Sabah” fasilədən sonra Premyer Liqadalı ilk oyununda “Qəbələ” ilə qarşılaşacaq. Bu oyun da Masazırda keçiriləcək. “Sumqayıt” isə “Neftçi”nin qonağı olacaq. 21-ci tur çərçivəsində baş tutacaq oyunlar aprelin 4-də keçiriləcək.

Sumqayıtlılar geridə qalan 20 turda 26 xal toplaya biliblər və 4-cü pillədə qərarlaşıblar. Paytaxt klubu isə 16 xalla 8 kollektiv arasında sonuncudur.

Yoxlama oyunu
28 mart

Sabah – Sumqayıt 3:2
Qol: Filip İvanoviç, 23. Slavik Alxasov, 56. Tiemoko Fofana, 76 – Mehdi Şərifi, 61. Süleyman Əhmədov, 90.

Komandalar meydana aşağıdakı start heyətləri ilə çıxıblar:

Sabah: Saşa Stamenkoviç, Slavik Alxasov, Filip İvanoviç, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Məhəmməd Mirzəbəyov, Mario Marina, Kevin Kubemba, Camal Cəfərov, Abdulla Xaybulayev, Ceyhun Nuriyev.

Sumqayıt: Aydın Bayramov, Vurğun Hüseynov, Höccət Haqverdi, Cəmaləddin Xocaniyazov, Mehdi Şərifi, Murad Xaçayev, Süleyman Əhmədov, Cabir Əmirli, Cavid İmamverdiyev, Elvin Məmmədov, Sənan Ağayev.