“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimovu heyətinə qatıb.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Tellur Mütəllimovun son iş yeri “Sumqayıt” olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. Müdafiəçi karyerası ərzində “Qəbələ” (2016-2018) və “Zirə” (2015/16, 2017-2020) də çıxış edib.
“Sabah” Tellurdan öncə Slavik Alxasov, Şpiro Periçiç və Xulio Sezar Rodriqeslə yollarını ayırdığını və Boyan Letiçlə yeni müqavilə imzalandığını açıqlamışdı.


