“Sabah” UEFA Gənclər Liqasında “Bazel”lə qarşılaşacaq

Azərbaycanı UEFA Gənclər Liqasının 2024/2025 mövsümündə təmsil edəcək “Sabah” komandasının ilk rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.

Bu komandalar arasındakı ilk oyun oktyabrın 23-də İsveçrədə baş tutacaq. Cavab görüşü isə noyabrın 6-da Bakıda təşkil olunacaq.

İki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, son illərdə Azərbaycanı UEFA Gənclər Liqasında bir qayda olaraq “Qəbələ” təmsil edirdi. Amma “Sabah” 2023/2024 mövsümünün yekunlarına əsasən, əyalət təmsilçisinin hegemonluğuna son qoyub və Azərbaycan çempionu olmaqla avrokuboklarda iştirak hüququ qazanıb.