“Sabah” ukraynalı müdafiəçi transfer etdi

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Arena.az xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava bundan sonra bu komandanın uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçuyla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.

Yeni transferi “Sabah”da 3 nömrəli formada çıxış edəcək.