“Sabah” və Aleksey Kaşukdan yubiley

“Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci heç-heçəsinə imza atıb. Arena.az xəbər verir ki, 28-ci turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub.

Bakılılar yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1.

“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb. Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: