“Sabah” Visente Qomesi istefaya göndərdi

“Sabah”ın baş məşqçi postunda dəyişiklik edilib.

Arena.az xəbər verir ki, paytaxt klubu baş məşqçisi Visente Qomesi istefaya göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.

Xatırladaq ki, Visente Qomes 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi.

“Sabah” Premyer Liqada sonuncu sıradadır. Komanda bu mövüm keçirdiyi 19 oyunda cəmi 16 xal toplaya bilib.