Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah” klubu 2023/2024 mövsümü üçün yeni formalarını təqdim edib.
Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, geyim dəstləri qara və ağ rəngdədir.
Ev oyunları üçün nəzərdə tutulmuş qara formanın üzərindəki yazılar Masazır gölünün rənginə uyğun olaraq çəhrayıdır. Səfər oyun forması isə ağ rəngdədir.
Xatırladaq ki, “Sabah” geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasının gümüş medallarına sahib çıxıb.