“Sabah”ın futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandasında (U-19) forma geyinən Amid Alxasov faciəvi şəkildə dünyasıın dəyişib.

Arena.az xəbər verir ki, bu barədə “Sabah” və “Səbail” klublarının mətbuat xidməti məlumat yayıb.

Müqavilə əsasında “Sabah”a məxsus olsa da, icarə əsasında “Səbail”in U-19 komandasının formasını geyinən futbolçu vəfat edib. Hər iki klub faciəvi şəkildə dünyasını dəyişmiş futbolçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyiblər.

Allah rəhmət eləsin!