“Sabah”ın hücumçusu Konqo yığmasına dəvət edildi

“Sabah”ın hücumçusu Kevin Kubemba Konqo millisinə dəvət olunub.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kuboku çərçivəsində Seneqal və Qvineya-Bisau yığması ilə keçiriləcək oyunlar üçün milliyə çağırılıb.

Qeyd edək ki, Konqo yığması Seneqalla martın 26-da evdə, Qvineya-Bisau ilə martın 30-da səfərdə qarşılaşacaq.

Kubemba Konqo millisində 2014-cü ildə debüt edib. O, 5 ildən çox idi yığmaya dəvət almırdı.