“Sabah”la “Araz-Naxçıvan” ilk dəfə yarımfinalda

“Sabah” və “Araz-Naxçıvan” komandaları tarixlərində ilk dəfə futbol üzrə Azərbaycan Kubokunun yarımfinalında oynayacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, cari mövsümədək 1/4 final səddini adlaya bilməmiş “Sabah” və “Araz-Naxçıvan” kubok tarixində ən yaxşı nəticələrinə imza atıblar.

Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/2023-cü illər mövsümündə də indiki kimi 2 komanda ilkə imza atmışdı. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənmişdi.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/2005 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıblar.