“Zirə” və “Sabah”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Arena.az xəbər verir ki, “Zirə”nin Xorvatiyada yerli “Osiyek”ə qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopulos iş başında olacaq.
Tərəflər arasındakı “Dalğa Arena”dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.
İrlandiyada “Sent-Patriks Atletik” və “Sabah” arasındakı ilk qarşılaşma islandiyalı Vilhyalmur Torarinssona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.
Bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust
22:00. “Osiyek” (Xorvatiya) – “Zirə”
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakimin köməkçiləri: Konstantinos Psarris, Konstantinos Triantafillou
Dördüncü hakim: Konstantinos Perrakis
VAR hakimləri: Stefanos Koymparakis, Spiridon Zampalas
(Hakimlər briqadası Yunanıstandandır)
Osiyek. “Opus Arena”.
22:45. “Sent Patriks” (İrlandiya) – “Sabah”
Baş hakim: Vilyalmur Torarinsson
Baş hakimin köməkçiləri: Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson
Dördüncü hakim: Helgi Mikel Yonasson
(Hakimlər briqadası İslandiyadandır).
VAR hakimləri: Darren Enqland, Neil Davies (hər ikisi İngiltərə).
Dublin. “Tallayt” stadionu.
Cavab oyunları
15 avqust
20:00. “Sabah” – “Sent Patriks”
Baş hakim: Marsel Birsan
Baş hakimin köməkçiləri: Radu Qinquleas, Adrian Vorniku
Dördüncü hakim: Andrei Antonie
VAR hakimləri: Radu Petresku, Rares Vidikan
(Hakimlər briqadası Rumıniyadandır)
“Masazır Arena.”
20:30. “Zirə” – “Osiyek”
Baş hakim: Yulian Veinberqer
Baş hakimin köməkçiləri: Maximilian Kolbitş, Andreas Vitsçniqq
Dördüncü hakim: Stefan Ebner
VAR hakimləri: Valter Altmann, Andreas Heyss
(Hakimlər briqadası Avstriyadandır)
Mərdəkan. “Dalğa Arena”.