Sabiq klubunun qənimi – Robert Levandovski

“Bavariya”nın Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində “Borussiya” (Dortmund) üzərində 4:2 hesablı qələbəyə sevindiyi oyunda het-trik edən Robert Levandovski yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, polşalı hücumçu Bundesliqada “Borussiya”ya qarşı keçirdiyi 14 oyunda 20 qola imza atıb.

Turnir tarixində daha əvvəl heç bir futbolçu “Borussiya”ya qarşı oyunlarda bu qədər qol vura bilməmişdi.

Robert Levandovski bu mövsüm Bundesliqada 23 oyunda 31 qola imza atıb.

Xatırladaq ki, Polşa yığmasının hücumçusu 2010-2014-cü illər aralığında Dortmund “Borussiya”sında forma geyinib. Bu komandada 131 oyuna 74 qol vurmuş futbolçu “Bavariya”ya 2014-cü ildə məhz bu klubdan transfer edilib.