Sadık Çiftpınar “Fənərbaxça”dan ayrıldı, keçmiş klubuna qayıtdı

Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Sadık Çiftpınar ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq Sadıkın yeni klubu da bəllidir. Müdafiəçi “Yeni Malatyaspor”la üç illik müqavilə imzalayıb.

2015-2019-cu illər aralığında “Yeni Malatyaspor”da çıxış edən türk müdafiəçi 2019-cu ilin yayından “Fənərbaxça”da idi. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.