Azərbaycanlı futbolçu İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matça çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya kubokunun qrup mərhələsi çərçivəsində baş tutan “Krasnodar”la qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda böyük hesabla məğlub olub – 1:4.
İlya Sadıqov bu matça start heyətdə başlayıb və sonadək oynayıb.
“Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu – Ayaz Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.
“Ximki” qrup mərhələsini cəmi 2 xalla sonuncu pillədə tamamlayıb və mübarizəni dayandırıb.