Sadıqov oynadı, “Ximki” “Rostov”a da məğlub oldu

Azərbaycanlı futbolçu İlya Sadıqov Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutan “Rostov”la qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

İlya Sadıqov bu matçın start heyətində meydana çıxıb və 32-ci dəqiqədə əvəzlənib.

“Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu – Ayaz Quliyev isə bu matçın iştirakçısı olmayıb. Baş məşqçi Spartak Qoqniyevlə ciddi problemləri olan futbolçunun adı oyunun iştirak ərizəsinə də daxil edilməyib.

“Ximki” 20 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.