Şahmat: Azərbaycanı İtaliyadakı DÇ-də onlar təmsil edəcəklər

Noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində şahmat üzrə kadetlər arasında dünya birinciliyinə start veriləcək.

Arena.az xəbər veri rki, 8, 10, 12 yaşlı qız və oğlanların yarışında Azərbaycanın 10 şahmatçısı mübarizə aparacaq.

İtaliyadakı dünya birinciliyində ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.

Ümumilikdə, yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək.

Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.