Şahmat: Bakıdakı dünya kubokunun məkanı bəlli oldu

Bu il iyulun 29-dan avqustun 25-nə qədər Bakıda baş tutacaq şahmat üzrə dünya kubokunun keçiriləcəyi məkan müəyyənləşib.

Arena.az xəbər verir ki, mötəbər yarış “Marriott Boulevard Hotel”də baş tutacaq.

Bu barədə Azərbaycan Şahmat Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, kişilər arasında dünya kubokunda 206, qadınlarda isə 103 şahmatçı iştirak edəcək.

Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci dünya kuboku olacaq. Bakı ilk dəfə 2015-ci ildə bu mötəbər turnirə ev sahibliyi edib.