Şahmat Federasiyasında Elman Rüstəmov dönəmi başa çatdı

Bu gün Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mahir Məmmədov federasiyanın yeni prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

Elman Rüstəmov toplantıda iştirak etməyib. O, 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edirdi.

Xatırladaq ki, Mahir Məmmədov daha əvvəl Şahmat Federasiyasının vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti postunda çalışır.