Şahmat millimiz Linaresdə 1/4 finala yüksəldi

İspaniyanın Linares şəhərində qadınlardan ibarət yığmalar arasında keçirilən şahmat üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan milli komandası bu mərhələni 4 xalla başa vurub.

Yığmamız mundialın ilk günündə Peru yığmasını məğlub edib – 3:1. Amma növbəti görüşdə şahmatçılarımız Qazaxıstana uduzublar – 1,5:2.5.

Növbəti gündə Azərbaycan komandası 3-cü tur çərçivəsində ABŞ, 4-cü turda FIDE komandası ilə üz-üzə gəlib. Yığmamız həm ABŞ komandasına (0,5:3,5), həm də FIDE kollektivinə (1:3) məğlub olub.

Son turda isə Azərbaycan komandası ev sahibi İspaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçilərimizin 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan A qrupunda 4 xalla dördüncü olub. Bu nəticə ilə komandamız 1/4 finala yüksəlib. Şahmat millimiz bu raundda Gürcüstan komandası ilə qarşılaşacaq.

Digər 1/4 final oyunlarında FIDE Gürcüstanla, ABŞ Çinlə, Qazaxıstan isə Hindistanla oynayacaq.

Qarşılaşmalar noyabrın 21-də olacaq.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: