Gürcüstanda keçiriləcək şahmat üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin onlayn toplantısı baş tutub. İclasda Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandalarımızın heyəti təsdiqlənib.
Kişilərdən ibarət Azərbaycan komandasının heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Eltac Səfərli cəlb edilib. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.
Qadınlardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq. Nicat Abasov isə məşqçi kimi təsdiqlənib.
Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.
Qeyd edək ki, qitə çempionatı oktyabrın 5-də start götürəcək.



