Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Arena.az xəbər verir ki, bu gün 3-cü turun görüşləri keçirilib.
Yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb.
Zəka sahiblərimiz 3:1 hesabı ilə üstün olaraq, qələbə seriyasını 3-ə yüksəldiblər. Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qələbə qazanıblar, Nicat Abasovla Məhəmməd Muradlı heç-heçə oynayıblar. 3 turdan sonra komandamızın hesabında 6 xal var.
Qadınlardan ibarət millimiz isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da, Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. Günay Məmmədzadə və Xanım Balacayeva turu heç-heçə ilə başa vurublar. Gülnar Məmmədova isə qələbə qazanıb. İlk xal itkisi ilə üzləşən komandamız 3 turdan sonra 5 xal toplayıb.
45-ci Şahmat Olimpiadası
3-cü tur
13 sentyabr
Kişilər
Azərbaycan – Moldova 3:1
Aydın Süleymanlı – İvan Şitko 1:0
Nicat Abasov – Andrey Makovey 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5
Qadınlar
Azərbaycan – Argentina 2:2
Günay Məmmədzadə – Kandela Fransisko 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos 0:1
Xanım Balacayeva – Anapola Borda 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura 1:0