Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Arena.az xəbər verir ki, bu gün 5-ci turun görüşləri keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması 4 turdan sonra xal itirib. Komandamız favorit Hindistana uduzub. Rəqib 2 lövhədə üstün olub, 2 lövhədə heç-heçə qeydə alınıb. Hesabat turunda Aydın Süleymanlıyla Rauf Məmmədov məğlub olublar. Nicat Abbasov və Şəhriyar Məmmədyarov isə heç-heçə oynayıblar. 5 turdan sona millimizin hesabında 8 xal var.
Qadınlardan ibarət yığmamız da xal itkisi ilə üzləşib. Zəka sahiblərimiz Ukrayna ilə heç-heçəya razılaşıblar. Günay Məmmədzadə məğlub olubsa, Gövhər Beydullayeva qələbəyə sevinib. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın partiyası isə heç-heçə başa çatıb.
3 qələbəsi və iki heç-heçəsi olan komandamız 8 xal toplayıb.
45-ci Şahmat Olimpiadası
5-ci tur
15 sentyabr
Kişilər
Azərbaycan – Hindistan 1:3
Aydın Süleymanlı – Dommaraju Qukeş 0:1
Nicat Abbasov – Rameşbabu Praqnanandha 0,5:0,5
Rauf Məmmədov – Arjun Eriqasi 0:1
Şəhriyar Məmmədyarov – Santoş Vidit 0,5:0,5
Qadınlar
Azərbaycan – Ukrayna 2:2
Günay Məmmədzadə – Yuliya Osmak 0:1
Ülviyyə Fətəliyeva – Anna Uşenina 0,5:0,5
Gövhər Beydullayeva – Nataliya Buksa 1:0
Xanım Balacayeva – İnna Qaponenko 0,5:0,5