Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Arena.az xəbər verir ki, bu gün 4-cü turun görüşləri keçirilib.
Əvvəlki turlarda İordaniya, Finlandiya və Moldova üzərində qələbə qazanmış Azərbaycanın kişilərdən ibarət yığması bu gün Monteneqro şahmatçıları ilə qarşılaşıb. Millimiz bu rəqibi üzərində də qələbə qazanaraq uğurlu seriyasını davam etdirib. Bununla da kişi şahmatçılarımızın xal ehtiyatı 8-ə yüksəlib. Hesabat turunda Aydın Süleymanlı ilə Şəhriyar Məmmədyarov rəqiblərinə qalib gəliblər. Nicat Abbasov və Rauf Məmmədov heç-heçə oynayıblar.
İlk iki turda Nikaraqua və Avstraliyanı üstələyən, son olaraq Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət yığmamız isə bu dəfə Sloveniyanı sınağa çəkib. Bu rəqibini də məğlub edən şahmat yığmamızın hazırda 7 xalı var. Günay Məmmədza ilə Gövhər Beydullayeva bugünkü partiyalarını qələbəylə bitiriblər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətləniblər.
45-ci Şahmat Olimpiadası
4-cü tur
14 sentyabr
Kişilər
Monteneqro – Azərbaycan 1:3
Denis Kardiç – Aydın Süleymanlı 0:1
Nikita Petrov – Nicat Abbasov 0,5:0,5
Nikola Djukiç – Rauf Məmmədov 0,5:0,5
Luka Draskoviç – Şəhriyar Məmmədyarov 0:1
Qadınlar
Sloveniya – Azərbaycan 1:3
Laura Unun – Günay Məmmədzadə 0:1
Zala Urx – Ülviyə Fətəliyeva 0,5:0,5
Lara Yanjels – Gövhər Beydullayeva 0:1
Teya Vidiç – Gülnar Məmmədova 0,5:0,5