Şahruddin də “Qarabağ”la yeni müqavilə imzaladı

“Qarabağ” qapıçı Şahruddin Məhəmmədəliyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın uğurları üçün çalışır. Azərbaycan milli komandasının da üzvü olan qolkiper, daha öncə “Sumqayıt” və “Şahdağ” klublarının formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” daha öncə Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov və Toral Bayramovla da yeni müqavilə bağlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: