Azərbaycan yığmasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “Çempionat” portalına müsahibə verib.
Arena.az xəbər verir ki, Dağısatan futbolunun yetirməsi qolkiper portalın müxbiri Oleq Lısenko ilə söhbət zamanı bir sıra maraqlı fikirlər səsləndirib:
“Rusiyada heç bir əməkhaqqı almadım. 18 yaşım olanda uşaqlar LFL-də (Həvəskar futbol klubları arasında Rusiya birinciliyi) oynamağa çağırdılar. Nəticədən asılı olmayaraq, gəliş üçün 1000 rubl ödəyirdilər. Elə bu da mənim yeganə gəlirim idi – həftədə mincə rubl. Mən bu oyunları çox sevirdim – qapıçı üçün ciddi təcrübə və artırmaq imkanı idi”, deyə Məhəmmədəliyev karyerasının başlanğıcında rastlaşdığı çətinliklərdən danışıb.
“Çoxlu zərbələr, xeyli iş və heç də balaca olmayan qapılar. Baməzə liqadır – Rusiyada bu liqa çox tərəqqi edib. Azərbaycanda bu səviyyədə turnir olsaydı və klub burada oynamağıma icazə versəydi, məmnuniyyətlə iştirak edərdim. Valideynlərim kömək edirdilər, ancaq psixoloji də çox ağır idi. Mən 18 yaşımda evlənmişəm və bir kişi kimi ailəmi saxlamalı idim.
Bir zaman yaxşı forma yığmışdım, baxışa hazırlaşırdım ki, ayağımı sındırdım, beşinci metatarsal sümüyümü. Ağır zədədir, sümük gec bitişir. Dörd ay gipsdə qaldım. İnstitutda, RQUFK-da (Rusiya Dövlət Bədən Tərbiyəsi Universiteti) transkriptlərə və imtahanlara qoltuqağacı ilə gedirdim. Çətin dövr idi”.
Şahruddin Məhəmmədəliyev Azərbaycan vətəndaşlığını hansı şəraitdə qəbul etdiyinə də toxunub:
“Azərbaycan köklərim yoxdur. Sadəcə mənə maraq göstərdilər. 2014-cü ilin dekabr ayında, sonra isə martda məni Azərbaycanın gənclər komandasına çağırdılar. AFFA-dan olan rəsmilər RFS (Rusiya Futbol Federasiyası) ilə əlaqə saxladılar və mənim tərəfimdən idman vətəndaşlığımı dəyişməyə icazə aldılar.
Mən də bunda maraqlı idim. Rusiyadan gedərkən mən belə dönüşə daxilən hazır idim. Daha geriyə istəmirdim. Küskün deyildim. Ancaq başa düşürdüm ki, bu sistemlə heç nə etmək olmaz. Adamlar sənə baxmaq belə, istəməyəndə, insanı deyil, kağız parçasını görəndə, bununla necə mübarizə aparmaq olar?
Eyni zamanda mən, “Torpedo” məktəbində məni tərbiyə edib yetişdirən bütün məşqçilərə, elə, həmin Şerbaka minnətdaram”.