Şahruddin Məhəmmədəliyevə 25 tikiş qoyuldu

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə səfər matçında (1:1) ağır zədə alıb.

Arena.az xəbər verir ki, qarşılaşmanın 26-cı dəqiqəsində rəqib futbolçu Amil Yunanovla toqquşma nəticəsində ciddi zədə alan qolkiper dərhal xəstəxanaya aparılıb.

Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə qeyd olunur ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.