Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 32-ci tur çərçivəsində səfərdə “Kayserispor”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və sonadək sonadək mübarizə aparıb.
“Adana Dəmirspor” bu nəticədən sonra 40 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Kayserispor” isə 37 xalla 14-cüdür.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 20 matça çıxıb, 28 qol buraxıb, 4 “quru” matç keçirib.